Azərbaycan qadınlarının II qurultayı keçirildi

27 сентября 2003

Поделиться:

Sentyabrın 27-də Respublika sarayında müstəqil Azərbaycan Respublikası qadınlarının II qurultayının açılışı olmuşdur.

Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri qurultayı Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva açdı.

Azərbaycanın dövlət himni səsləndirildi.

Birinci qurultaydan ötən müddət ərzində dünyasını dəyişmiş qadınların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Gündəliyə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin məruzəsi, mandat komissiyasının hesabatı, yekun sənədlərinin qəbulu məsələləri daxil idi.