“Mənim sevimli dayəm” layihəsi

1 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə “Mənim sevimli dayəm” layihəsini həyata keçirib. Layihə çərçivəsində bir qrup qadına dayəlik bacarıqlarına yiyiələnmək məqsədi ilə təlimlər keçirilib.  Bir ay davam edən təlim müddətində uşaq inkişafı, uşağa qulluq, uşaqlarda rast gəlinən  xəstəliklər, psixoloji problemlər, onun həlli yolları və digər maraqlı mövzular haqqında ətraflı məlumat verilib.  Bakı şəhərində keçirilmiş təlimlərdə ümumilikdə on altı nəfər iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.