Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı məqalə müsabiqəsinin iştirakçısı Aytən Ağayevanın məqaləsi
Поделиться:
Qadın kimdir? Gəlin, əvvəlcə bu barədə daha dərindən düşünək …
Fikrimi elmi deyil sadə və anlaşılan cümlələrlə ifadə edəcəyəm.
Və qəhrəman olaraq bir deyil, bütün cənublu qadınlar haqqında yazacağam.Qadın müqəddəs ana adının daşıyıcısıdır. Gözümü açandan atamı bəlkə də 10 və ya 11 dəfə görmüşəm. Düzdür, onun bizdən uzaqlarda min bir əzabla qazandığı vəsaiti hesabına böyüsəm də, ərbiyəmdə, təhsilimdə, cəmiyyətdə tutduğum bu günkü mövqeyimdə simasında tanrını tanıdığım qadının, ananın əməyi əvəzolunmazdır. Budur qadının ucalığı.
Qadının daxilində əslində bir uşaqlıq da gizlənib. Çünki qadın uşaqlara göstərilən diqqətin ona da göstərilməsini istəyir. Qadın həm də böyük qüvvədir. O,qüvvə ki, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq illərdir ki, əxz etdiyi milli-mənəvi dəyərləri, mental xüsusiyyətləri qoruyub saxlayır.
“Hər bir kişinin arxasında güclü xanım olmalıdır”. Bu deyim bəlkə də çoxlarına tanışdır. Bəli, bu həqiqətən də belədir. Bu gün nailiyyət əldə edən, uğur qazanan kişilərimizin yanında özü zərif, ruhu güclü qadın dayanır.
Qəhrəmanlıqları ilə adlarını tarixin sətirlərinə yazdıran qadınlarımız bununla əslində tariximizi yaşadıblar.
Elə Koroğlunun Nigarının, Qaçaq Nəbinin Həcərinin, Uzun Həsənin anası Sara Xatunun adını çəkmək kifayətdir ki, qadının əslində kim olduğunu və nəyə qadir olduğunu anlayasan .
Müqayisəyə baxın. ”Vətən anadır”. Vətənlə müqayisə olunacaq qədər alidir qadın. Budur qadının daha bir ucalığı. Ona verilən dəyər ,ona göstərilən hörmət .
Baxın. Dünya şöhrətli siyasətçiləri ,ictimai siyasi xadimləri ,mədəniyyət və incəsənət nümayəndələrini, idmançıları, bir sözlə, tanınan və tanınmayan hər kəsi dünyaya gətirən kimdir? Əlbətdə ki, qadın. O, qadın ki, bu gün övladının tərbiyəsinə formal məsələ kimi yox, millətin gələcəyi kimi baxır.
Elə bu millətin gələcəyini düşünən beyinlərdən biri də Azərbaycan qadının dünyaya gətirdiyi, xalqımızın haqq səsinə səs verən Ümummilli Lider Heydər Əliyev idi. Böyük Öndərin hakimiyyəti dövründə qadınların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradıldı. O şərait ki, qadın özünü tanıdı, sübut etdi, inkişafa nail oldu.
“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Bu müdrik fikirlər dahi öndərimizə məxsusdur. Bu şəxsiyyət hər çıxışında Azərbaycan qadınının keçdiyi şərəfli yoldan və onun bacarığından, yaradıcı dühasından qürurla söz açıb.
Ümumiyyətlə, Heydər Əliyev rəhbər olduğu bütün dövrlərdə qadınların problemlərinin həll ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb.
Elə bu diqqətin nəticəsidir ki, uzun illərdir cəmiyyətin bütün sahələrində təmsil olunan Azərbaycan qadınları hazırda Milli Məclisdə də təmsil olunurlar. Və onların sayı günü –gündən artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu mövzusunda Nazirlərin V Konfransında çıxışı zamanı bu faktı təsdiqləyib.
Bir məqamı isə xüsusilə vurğulamaq lazımdır ki, yaşadığı rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri adların verilməsi, onların orden-medallarla təltif olunması ənənəsi də məhz dahi liderin hakimiyyəti dövründə mövcud olub.
Ümumiyyətlə, Azərbaycanda qadına hər zaman dəyər verilib. Ölkənin cənubunda -Hüriyyət Ağayeva, (Respublikanın əməkdar mədəniyyət işçisi ,əmək igidliyinə görə medalı), Səmayə Əliyeva,(Sosialist əməyi qəhrəmanı, Prezident təqaüdçüsü )Böyükxanım Əliyeva (Azərbaycan Respublikasının xalq artisti ) Nərgiz Əliyeva (Bədii Gimnastika üzrə Respublika çempionu), Sevda Əlibəyli (“Söz” jurnalının baş redaktoru ,Prezident təqaüdçüsü), Şamama Ələkbərova (Azərbaycan SSR-İ Ali Sovetinin deputatı, Qırmızı Əmək Bayrağı ordeni), Teyyubə Ələsgərova (Filologiya elmləri namizədi, şərqşünas) Tuğra Cəfərova (Qırmızı Əmək Bayrağı ordeni, Lənkəranda ilk traktorçu qadın) Həqiqət Rzayeva (Xalq artisti-Lənkəranda musiqi məktəbi onun adını daşıyır), Minəvvər Kələntərli(Xalq artisti )kimi minlərlə belə qadınların adını çəkmək kifaytədir ki, qadın əməyinə verilən dəyərin şahidi olasan.
Bununla yanaşı, Respublikamızda 1998-ci ildə qadınların problemlərini dövlət səviyyəsində həll etmək üçün Ulu Öndərin xüsusi fərmanı ilə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Qadına verilən daha bir dəyər. Çünki bir çox ölkələrdə belə xüsusi qadın komitələri yoxdur.
Azərbaycan qadınına göstərilən daha bir diqqətin nəticəsiydi ki, Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP-ın tərkibində qadın şuraları yaradıldı. Və bu gün 651 min 255 nəfərlik möhtəşəm YAP ordusunun 43 %-i qadınlardır. Və bu qadınların əksəriyyətini təhsil və səhiyyə, mədəniyyət və incəsənət işçiləri, alimlər təşkil edir. Onların arasında ali və orta ixtisas məktəblərinin tələbələri, kənd təsərrüfatında, istehsal sahələrində işləyən qadınlar da var .
Bəli, bu partiyada Azərbaycan qadınlığının yüksək siyasi şüurlu və mübariz hissəsi toplanıb. Və adıçəkilən partiyanın Lənkəran Şəhər Təşkilatında da qadınlar sayı təxminən 40 faizə bərabərdir. 10 min 500 yüz nəfər üzvü olan YAP-Lənkəran şəhər Təşkilatının Qadınlar Şurasının sədri qabaqcıl maarif xadimi Ofelya xanım Qənbərovadır. Düzdür, yazımın əvvəlində” qəhrəman olaraq bir deyil, bütün qadınlardan bəhs edəcəyəm” ifadəsini qeyd etsəm də, Cənub bölgəsinin ən fəal qadınlarından olan Ofeliya Qənbərovanın adını çəkib də haqqında yazmamaq qəbahətdir məncə.
Bu qadın 1978-2006-cı illərdə Lənkəran rayon Digah kənd orta məktəbinin direktoru, 2006-2014-cü illərdə isə Osman Mirzəyev adına Lənkəran Şəhər Qarışıq Tipli Uşaq Evinin direktoru kimi çətin ,və şərəfli vəzifələri icra edib. Bir sözlə, bu Azərbaycan qadını rayonun ictimai və siyasi həyatında fəal iştirakına görə “Tərəqqli” medalı ilə təltif olunub.
Elmira Axundov a(, ”Şöhrət” ordenli millət vəkili ), Elduzə xanım Əhmədova (Lənkəran rayon qadınlar şurasının sədri) və digərləri haqında yazmaq kifayət edər ki, qadın adının, mənliyinin, aliliyinin nə qədər şərəfli olduğunu hiss edəsən.
Hazırda Cənub bölgəsində rəhbər vəzifələrdə çalışan qadınların sayı 45 %-ə bərabərdir. Onlar arasında təhsil, səhiyyə işçiləri üstünlük təşkil edir.
Ümumiyyətlə, son 20 ildə qadınların dövlət qurumlarında, ictimai-siyasi həyatda təmsil olunmaları Ulu Öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olub.
Bu gün isə Azərbaycan qadınının kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunması İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü islahatların nəticəsidir .
Daha bir faktı qeyd etmək yerinə düşər ki, bu gün Respublikamızın bütün bölgələrində o cümlədən Cənub bölgəsini əhatə edən, Lənkəran (Rasilə Arif qızı Əliyeva- İcra Hakimiyyəti başçının müavini), Cəlilabad(Əliyeva Dürdanə Rafiq qızı -Rayon İcra Hakimiyyəti başçının müavini) Masallı (Xəlilova Gülşən Seyfulla qızı- Rayon İcra Hakimiyyəti başçının müavini), Astara (Rəsulova Yasəmən Mövlam qızı- Rayon İcra Hakimiyyəti başçının müavini), Lerik (Vəliməmmədova Arzu Həmzə qızı- İcra Hakimiyyəti başçının müavini), Yardımlı (Aygün Şabıyeva-Rayon İcra Hakimiyyəti başçının müavini) və Biləsuvar (Qəmbərova Xəyalə Nazim qız- Rayon İcra Hakimiyyəti başçının müavini) rayonlarında İcra Hakimiyyəti başçısının müavinlərindən biri qadındır
Respublikanın birinci xanımı Mehriban Əliyevanın timsalında indi Azərbaycan qadını tarixdə özü üçün yeni bir mərhələ açıb. Hazırda ölkəmizdə qadın hərəkatının forma və metodları müasirləşib. İndi Azərbaycan qadını nəinki ölkəmizdə onun hüdudlarından kənarda da Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kimi. Bu qadın artıq neçə ildir ki, Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən biri-Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində səylə çalışır.Və zərif bir qadının əməyinin bəhrəsidir ki, bu gün Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və digər ölkələrin parlamentləri Xocalı faciəsini “soyqırımı və Azərbaycana qarşı cinayət aktı” kimi tanıyıblar.
Bir sözlə, bu gün Cəmiyyətləri idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı günü-gündən artır. Bu proses istər siyasətdə, istər iqtisadiyyatda, istər elmdə, istər təhsildə, istər səhiyyədə, istərsə də mətbuatda aydın şəkildə hiss olunur. Ümumiyyətlə, təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınlarımızın uğurları danışmaqla məhdudlaşmır. Buna yalnız bir ad vermək olar. Azərbaycan qadını öz hüquqlarından düzgün şəkildə istifadə etməyi bacarır. Respublikamızda idman sahəsində adları vətənimizin hüdudlarından kənarda da hörmətlə çəkilən qadınlarımız, qızlarımız var. Yaxın keçmişimizdən deyil, bu günümüzdən danışaq.
İyunun 12-28-də paytaxta keçiriləcək ”Bakı Avropa Oyunları 2015″.
Hamıya məlumdur ki, I Avropa Oyunları alovunun Naxçivandan sonra ikinci dayanacağı aprelin 29-da qədim tarixi və zəngin təbiəti ilə seçilən Lənkəran şəhəri oldu. Axşam saatlarında Məşəl Estafeti Bayraq meydanında start götürdü. Yürüşə çıxanlar arasında İlk Avropa Oyunlarının 11 elçisindən biri olan qadın idmançımız kamandan oxatma idmanı ilə məşğul olan 16 yaşlı Suğra Müqabilzadə də var idi. Azərbaycanı Nankinq olimpiadasında təmsil edən bu qızı Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb. Digər qadın idmançımız, adını Azərbaycanın idman tarixinə həkk etdirən atletika üzrə məşqçi-müəllim Məlahət Tağıyeva da onların sırasında idi. Hansı ki, bu qadın Heydər Əliyev parkında gurultulu alqışlarla qarşılandı. Və Rayon rəhbərliyi ilə birlikdə simvolik məşəli alovlandırdı. Bir sözlə, adlarını qeyd etdiyim idmançılarla yanaşı digər qadın idmançılarımız da öz timsallarında bir daha sübut edirlər ki, qadın idmanın bütün sahələri üzrə öz sözünü deməyi bacarır.
Nəinki idman mədəniyyət və incəsənət sahəsində də ölkəmizi xarici dövlətlərdə layiqincə təmsil edən ,bayrağımızı zirvələrdə dalğalandıran qadınlarımızın sayı kifayət qədərdir. Elə götürək, Cənub bölgəsində fəaliyyət göstərən Lənkəran şəhər uşaq rəssamlıq , Lənkəran şəhər 1 və 2 saylı uşaq musiqi və Lənkəran Şəhər Şahmat məktəblərinin qızlardan ibarət yetirmələrini, Qızıl medal, diplom, sertfikatlara layiq görünən bu balacalar da gələcəyin anası, qadınıdırlar.
Elə isə gələcəyimiz haqqında daha dərindən düşünək. Çünki qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır.