Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun nümayəndə heyəti ilə görüşüb
Поделиться:
28 avqust 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə həmçinin BMT-nin Uşaq Fondunun Kommunikasiya və tərəfdaşlıq mütəxəssisi Ayna Mollazadə və Komitənin sədr müavini Aynur Sofiyeva və Komitə əməkdaşları iştirak ediblər.
Komitə sədri Hicran Hüseynova qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. O vurğulayıb ki, ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da təkmilləşdirilir.
Hicran Hüseynova bu il noyabr ayında keçiriləcək Azərbaycan Uşaqlarının IV Forumuna hazırlıq haqqında qonaqları məlumatlandırıb.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə səmimi qəbul üçün təşəkkürünü bildirərək uşaq hüquqlarının qorunması istiqamətində əldə olunan müsbət nəticələrdən danışıb.
Görüş şərçivəsində BMT-nin Uşaq Fondunun Mərkəzi, Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Afşan Xanın Bakıda keçiriləcək IV Uşaq Forumunda iştirakı və “Beynəlxalq Qızlar Günü” ilə bağlı müzakirələr aparılıb.