”ASAN məktub” layihəsi uğurla davam etdirilir

14 августа 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir.
Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Füzuli rayonunda yaşayan, aztəminatlı ailələrdən olan 17 uşağın məktubda yazdığı hədiyyələr aidiyyatı üzrə öz sahiblərinə təqdim edilib.