Şamaxıda Uşaqların IV Ümumrespublika Forumunun iştirakçıları üçün yay məktəbi təşkil edilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-lə 2017-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı 2017-ci ilin mart-aprel aylarında regional görüşlər keçirilmiş və uşaq hüquqları sahəsində bilikləri olan, mövzu üzrə sərbəst surətdə fikirlərini ifadə edən uşaqların seçimi aparılıb.
Seçilmiş uşaqların Forumda aktivliyini təmin etmək, Forumda müzakirəyə çıxarılacaq mövzular üzrə onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək məqsədilə il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu istiqamətdə Foruma hazırlıq məqsədilə Komitə və UNICEF-lə birgə Şamaxı rayonunda 24-28 iyul 2017-ci il tarixlərində Yay məktəbi təşkil edilib. Yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən Foruma nümayəndə olaraq seçilmiş uşaqlar iştirak edib. Yay məktəbi zamanı uşaqlara uşaq hüquqları, internet təhlükəsizliyi, uşaqların şəxsiyyət kimi yetişməsində ailə və cəmiyyətin rolu, asudə vaxtın səmərəli təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzularında təlimlər keçirilib, qrup işləri, həmçinin uşaqlarla aktiv müzakirələr aparılıb. Təlimlər Komitənin əməkdaşları tərəfindən keçirilib.
Yay məktəbi zamanı uşaqların Şamaxı Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq muzeyi, eləcə də Şamaxı rəsədxanasına ekskursiyası təşkil edilib.
Bundan başqa Yay məktəbi çərçivəsində Yay məktəbinin iştirakçılarının Şamaxının Məlhəm kəndində yaşayan uşaqlarla görüşü təşkil edilib. Kənd uşaqları öz yaşayışları, asudə vaxtlarını necə keçirmələri barədə danışıblar, yay məktəbinin iştirakçıları ilə fikir mübadiləsi aparlıblar, öz təəssüratlarını bölüşüblər.
Sonda iştirakçılar uşaq hüquqları mövzusunda keçirilən Yay məktəbində fəal iştirakına görə sertifikatla təltif ediliblər.