Mayın 13-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon Nəsimikənd kəndində “erkən nikah” mövzusunda tədbir keçirib.

13 мая 2016

Поделиться:

Tədbirdə erkən nikah, onun yaranma səbəbləri, erkən nikahın yaratdığı fəsadlar, bu barədə  cinayət məcəlləsində nəzərdə tutulmuş cəzalar barədə məlumat verilib. Rayon Ağsaqqallar Şurasının üzvü öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda tədbir iştirakçılarına maarifləndirici məktublar paylanılıb, kənd sakinlərinin sualları cavablandırılıb.