“Erkən nikahlar, boşanmalar və onların fəsadları”,“Qızların təhsildən yayınmasının qarşısının alınması”
Поделиться:
Qəbələ UADM 24 yanvar 2013-cü il tarixdə Qəbələ Rayonunun Hacallı kəndində “Erkən nikahlar, boşanmalar və onların fəsadları”, “Qızların təhsildən yayınmasının qarşısının alınması” mövzularında tədbir keçirmişdir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər, valideyinlər, kəndin ziyalıları, mədəniyyət və tibb işçilərindən 115 nəfər dinləyici iştirak etmişdir. Tədbirdə erkən nikahlar, uşaq hüquqları, boşanma halları, bəzi ucqar kəndlərdə qızların təhsildən yayınması halları haqqında müzakirələr aparılmışdır.