Qəbələ rayon Həmzəlli kənd orta məktəbində “Qadın və uşaq zorakılığına və şiddətə son” mövzusunda tədbir keçirilmişdir.
Поделиться:
29 aprel 2015-ci il tarixində Həmzəlli kənd orta məktəbində “Qadın və uşaq zorakılığına və şiddətə son” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim və yuxarı sinif şagirdləri, Həmzəlli kənd İnzibati Ərazi Nümayəndəliyi və digər əlaqədar qurumların nümayəndələri iştirak etmişdir.
Mövzu ilə bağlı çıxış edənlər rayonda bu sahədəki mövcud vəziyyətdən bəhs etmiş, son illər əhali arasında aparılan maarifləndirmə işinin əhəmiyyətindən söhbət açmışlar. Rayonun kənd və qəsəbələrində bu cür neqativ halların az da olsa mövcudluğu qeyd edilmiş və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən bu kimi halların aşkarlanması və qarşısının alınması istiqamətində işlər görüldüyü bildirildi.
Müzakirələr zamanı tədbir iştirakçıları kənd ərazisində qadın və uşaq zorakılığının aşağı səviyyədə olmasını, keçirilən tədbirlər nəticəsində qızların təhsildən yayınma hallarının demək olar ki, aradan qaldırılmasını, hazırda əhalinin təhsilə böyük önəm verildiyini, hər il ali məktəblərə daxil olan gənclər arasında qızların çoxluq təşkil etdiyini, bu kimi tədbirlərin qadın və uşaq zorakılığının qarşısının alınmasında böyük rol oynayacağını qeyd etmişlər.