Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaqlarda xəstəliklərin aşkar olunması və erkən müdaxilə” mövzusunda tədbir keçirib
Поделиться:
29 iyul 2015-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Uşaqlarda xəstəliklərin aşkar edilməsi və erkən müdaxilə” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda son vaxtlar rast gəlinən müxtəlif xəstəliklərin vaxtında aşkar olunması işinə uşaq bağçalarının tərbiyəçilərinin, məktəb müəllimlərinin, psixoloqların diqqətinin artırılması və valideynlərin məlumatlandırılmasına yardımçı olmaqdır.
Tədbirdə çıxış edən edən həkim pediatr uşaq xəstəliklərinin baş vermə səbəblərindən, sindromlarından, qohum nikahlarından, qan xəstəliklərindən və bu xəstəliklərin qarşısının alınmasından danışıb, yerlərdə əhalinin maarifləndirilməsində tədbir iştirakçılarının rolunu qeyd edib.