“İmkanlara sərhəd yoxdur” adlı dəyirmi masa

2 декабря 2014

Поделиться:

02 dekabr 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Beynəlxalq Əlillər günü münasibəti  ilə “İmkanlara sərhəd yoxdur”  adlı  dəyirmi masa keçirildi.

Hər il keçirilən Beynəlxalq əlillər günü- əlillərin ehtiyaclarını başa düşmək və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda maarifləndirmə məqsədilə elan edilib.

Masa ətrafında əlil, XQEO uşaqlar və valideynləri olmaqla 15 nəfər iştirak edirdi.