Zərdab UADM-də “Sağlam həyat naminə erkən nikaha yox deyək ” adlı dəyirmi masa keçirilmişdir
Поделиться:
Erkən nikahların qarşısının alınması istiqamətində maarıfləndirmə işinin aparılması məqsədi ilə 21 may 2015-ci il tarixində Zərdab UADM-də “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı dəyirmi masa keçirilmişdir. Tədbir “Erkən nikahla” bağlı Mərkəzdən bəhrələnən uşaqların hazırladığı səhnəciyin numayişi ilə başlamışdır.
Masa ətrafında YAP Zərdab Qadınlar şurasının sədri Xəyalə Veyisova, Zərdab “İrəli gənclər” ictimai birliyinin sədri Eldar Xəlilov, şəhər 3 saylı tam orta məktəbin direktor müavini Babaş Babaşov, Təhsil şöbəsinin metodisti Gülsurə Novruzova və digər əlaqədar qurumların nümayəndələri, gənclər çıxış edərək, erkən nikahın fəsadlarından bəhs etmiş, fikirlərini bildirmişdirlər. Tədbir gənclərin və əlaqədar qurumların əməkdaşlarının qarşılıqlı müzakirəsi və sualların cavablandırılması, iştirakçılara ünvanlanmış maarifləndirici məktubların paylanması ilə yekunlaşmışdır.