Zərdabda “Erkən nikaha və zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

26 апреля 2015

Поделиться:

Tədbir aprelin 26-da Rayon 1 saylı orta məktəb liseydə baş tutub. Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə Rayon İcra Hakimiyyətindən, Gənclər və İdman İdarəsindən, Rayon Mərkəzi Xəstəxanasından, Rayon Təhsil və Polis şöbəsindən nümayəndələr dəvət olunub. Tədbir erkən nikah və zərərli vərdişlərdən  bəhs edən sosial çarxın nümayiş etdirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər erkən nikah probleminin bu gün də cəmiyyətimizin aktual problemlərindən biri olduğuna diqqət çəkərək, erkən nikahın qızların fiziki inkişafına və psixoloji vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, qızların təhsil almaq həvəsini və imkanlarını azaltmasından, reproduktiv sağlamlığa təhlükə yaratmasından bəhs ediblər. Tədbirdə həmçinin zərərli vərdişlərin insan həyatına mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici bukletlər və çap materialları paylanılıb.