16 aprel 2014-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ATƏT-in nümayəndə heyəti ilə görüş keçirilmişdir
Поделиться:
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, Beynəlxalq Əlaqələr və Xarici Protokol şöbəsinin müdiri Səbinə Manafova, ATƏT-in Bakı Layihə Əlaqələndirici cənab Aleksis Şahtaxtinski və Qanun Aliliyi şöbəsinin rəhbər əvəzi Jalə Əzizova iştirak etmişdilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ATƏT təşkilatı ilə əməkdaşlığın əsas istiqamətləri müzakirə olunmuşdur və qadın, uşaq məsələlər üzrə layihələrin həyata keçirilməsi barədə danışıqlar aparılmışdır.Tərəflər həmin məsələlər üzrə razılığa gəlmişlər və ikitərəfli əlaqələrin genişləndirilməsi sahəsində işlərin davam etdirilməsini təsdiqlədilər.