Masallı rayonunda təlim keçirilib
Поделиться:
BMT Inkişaf Proqramı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi” layihəsi çərçivəsində 06 – 07 iyul 2017-ci il tarixlərində Masallı rayonunda təlim keçirilib.
“Qadınların iqtisadi fəallığını dəstəkləyən siyasət və proqramların hazırlanması” adlı təlimdə Masallıda qadınların iqtisadi fəallığı, maraqları və ehtiyacları barədə qiymətləndirmənin əsas nəticələri, qadınların sosial iştirakçılığı, əlaqələr və imkanlar, milli və yerli prioritetlər, qadınlara dəstək olan iqtisadi proqramlar: ehtiyacların müəyyənləşdirilməsi, məqsəd və vəzifələrin seçilməsi haqqında məlumat verilib.