Qəbələdə qadınlar üçün“Karyerada ilk addım” adlı təlim keçirildi

4 июля 2017

Поделиться:

4 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ “ASAN xidmət” mərkəzində qadınlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.

İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.5.6 uşaqların təhsildən yayınmasının qarşısının alınması bəndi çərçivəsində həyata keçirilən təlimin məqsədi Qəbələ rayonunda orta məktəblərdə oxuyan və peşə seçimində qərarsız olan xanımları motivasiya və onlara karyera seçimlərində köməklik etmək, şəxsi inkişaf istiqamətində həvəsləndirməkdir.

Təlim iki paneldən ibarət olub. Birinci paneldə Qəbələ rayonunda yaşayan və karyerasında uğur qazanmış qadınlar iştirakçılarla öz uğur hekayələrini paylaşıblar. Təlimin ikinci panelində isə iştirakçılara karyera seçimində vacib olan amillərdən bəhs olunub, interaktiv oyunlar keçirilib.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.