“2008-2015- ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf “ Dövlət Proqramları

14 мая 2014

Поделиться:

“2008-2015- ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf “ Dövlət Proqramlarının icrası ilə bağlı Goranboy rayonunda və digər ətraf kəndlərdə 27 yanvar-14 may 2014-cü il tarixləri arasında gənclər üçün erkən nikah hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilmişdir. Tədbirdə gənclərə Ailə Məcəlləsinə edilən əlavə və dəyişikliklərə əsasən nikaha daxilolma yaşının həm qızlar həm də oğlanlar üçün minimum  18 yaş olduğu bildirilmişdir. Ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması yeni qurulmuş ailədə bir sıra problemlər – nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji gərginliklər kimi hallar daha çox müşahidə olunması da tədbir iştirakçılarına bildirilmişdir. Hamıya məlumdur ki, erkən nikah həmçinin,  savadsızlığın da artmasına səbəb olur. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar.

Tədbirlərdən  ümumilikdə 209 nəfər gənc bəhrələnmişdir.