1 İyun Beynəlxalq Uşaqlar Günüdür

1 июня 2014

Поделиться:

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə tədbir keçirmişdir. Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən uşaq və onların valideynləri iştirak edirdi. Tədbiri açan Mərkəzin direktoru Aynur Qasımzadə uşaqları təbrik etdikdən, xoş sözlər söylədikdən sonra uşaqlar tərəfindən vətənpərvərlik ruhunda şerlər söylənilmiş, kiçik səhnəciklər nümayiş etdirilmiş, mahnılar oxunmuşdur. Mərkəzdən bəhrələnən uşaqların ifasında cücələrim və nəlbəki rəqsi təqdim edilmişdir. Tədbirin sonunda Mərkəz tərəfindən uşaqlara hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi.