“Əlillər Günü” münasibəti ilə 03 dekabr 2014-cü il tarixdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi tədbir təşkil etmişdir
Поделиться:
Tədbirdə mərkəzdən bəhrələnən 20 uşaq və onların valideynləri iştirak etdilər.
Tədbirə giriş sözü ilə Hacıqabul UADM-ın direktoru açaraq bildirdi ki, dəyirmi masa etməkdə məqsədimiz insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlıdır. Statistikaya nəzər yetirsək əlilliyi olan uşaqların böyük hissəsi yaş həddi məktəbəqədər yaş həddinə qədərdir. Lakin ölkədə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını da çətinləşdirir. Biz 30–dan çox uşağı (serebral iflic, əqli gerilik, daun sindiromlu, autizm və s.) mərkəzin fəaliyyətinə cəlb etmişik. Mütəxəssislərin və valideynlərin rəyinə görə onların uşaqlarında bir sıra dəyişiklik baş verib.
Hacıqabul MRX-nın həkimi əllilliyi yaradan səbəbləri və qarşısının alınması haqqında fıkir söylədi.
Təhsil şöbəsinin nümayəndəsi problemi valideynlərdə gördü və bildirdi ki, “Bəzi valideyinlər elə hesab edirlər ki, uşaqlar qüsurludursa onlar təhsil ala bilməz. Bir çox hallarda məhz bu səbəbə görə uşaqlar təhsil ala bilmir və cəmiyyətə inteqrasiyası zəif olur.
“Gündüz” uşaq baxçasının müdiri Ülviyyə xanım qeyd etdi ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər hazırlığa daha çox ehtiyacı var. Çünki, onlar həmyaşıdları ilə daha çox ünsiyyətdə olmalıdırlar.
ƏSMM-nın nümayəndəsi dövlətimizin əlillərə göstərdiyi xüsusi qayğısından danışdı.
Mərkəzdən bəhrələnən uşaqların valideyinlərinin fikirləri dinlənildi.
Tədbirin davamı olaraq mərkəzimizdən bəhrələnən XQE uşaqlarla birlikdə uşaq çay evində “Əlillər Günü” münasibətilə musiqili əyləncəli tədbir keçirildi.
Tədbir Hacıqabul qəzetində işıqlandı.