“Qadınlar Zorakılığa Yox Deyir” mövzusunda seminar keçirildi

5 ноября 2015

Поделиться:

Noyabrın 5-də Hacıqabul şəhər 1 saylı orta məktəbdə “Qadınlar Zorakılığa Yox Deyir” mövzusunda seminar keçirilib.

Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Hacıqabul Rayon Polis Şöbəsinin azyaşlılar üzrə ispektoru,  Hacıqabul RİH-nin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın  məsul katibi, “Hacıqabul” qəzetinin müxbiri, 1 saylı məktəbin direktoru müxtəlif mövzular üzrə çıxış ediblər.

Çıxışçılar məktəblilərə məişət zorakılığı, onun formaları, mühafizə orderləri, ümumilikdə qadın hüquq və azadlıqları haqqında məlumat verərək, yeniyetmə qızları təhsildən yayınmamağa, erkən nikaha qarşı çıxmağa səsləyiblər.