“Sağlam ətraf mühit və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
Поделиться:
Oktyabrın 28-də Qəbələ şəhər 5 saylı məktəbdə uşaqların maarifləndirilməsi məqsədilə “Sağlam həyat tərzi və sağlam ətraf mühit” mövzusunda tədbir keçirilib.
Məktəblilərin iştirak etdiyi tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi, 5 saylı məktəbin təşkilatçı müavini çıxış edib və sağlam həyat tərzinin və sağlam ətraf mühitin uşaqların həyatına, yaşam tərzinə təsirindən bəhs ediblər.