Sumqayıt şəhərində “İnsan alveri qurbanına çevrilməyək”adlı icma görüşü keçirilmişdir
Поделиться:
İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası məqsədilə insan alveri qurbanları və dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədilə onlara sosial- hüquqi məsləhət yardımı göstərilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində tədbir keçirilmişdir.
Mövzu ilə bağlı qısa-metrajlı filmlərin nümayişi ilə açlan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşi, İnsan alverinə qarşı Mübarizə Baş İdarəsinin Baş əməliyyat müvəkkili polis-mayoru Fizüli Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva digər əlaqədar qurumların nümayəndələri iştirak etmiş, insan alverinin insanların həyatına olan fiziki, psixoloji təhlükəsindən bəhs etmişdirlər.
Çıxış edən şəxslər xüsusilə qadın və uşaqların insan alveri qurbanı olması riskindən danışmış, bu cür istismar olunmaqdan qorunmağın yolları barədə tövsiyyələr vermişdirlər. Tədbirdə “İnsan alverinin qurbanına çevrilməyək” adlı təqdimat olunmuş, mövzu ətrafında müzakirələr aparılmışdır.