Zərdabda “Multikulturalizm və insan hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirildi
Поделиться:
İyunun 17- də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” na əsasən “Multikulturalizm və insan hüquqlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
15 nəfərin iştirakı ilə təşkil olunan masa ətrafında ilk olaraq sözə başlayan mərkəzin direktoru iştirak edənlərə 2016-cı ilin ölkəmizdə Multikulturalizm ili elan edilməsi barəsində söhbət açdı. Multikulturalizmin həm də insan hüquqlarının bir hissəsi olduğunu qeyd edən mərkəzin direktoru bu sahədə dövlətimiz tərəfindən ratifikasiya edilən beynəlxalq sənədlər, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, BMT-nin müvafiq sənədlər və beynəlxalq faktlar barədə danışaraq bildirmişdir ki, həmin sənədlərdə insanların irqi, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, əqidəsi və s. fərqlərə görə ayrı-seçkiliyin yolverilməz olması öz əksini tapıb.
Aparılan maarifləndirici söhbət zamanı insanın hüquq və azadlıqlarından, onun qorunmasından, uşaq hüquqları mövzusunda da müzakirələr aparılmış, iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.