Goranboy rayonu Rəhimli kənd tam orta məktəbində “Uşaq Hüquqları” mövzusunda tədbir keçirilib
Поделиться:
Dekabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Goranboy rayonu Rəhimli kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbir mövzu ilə bağlı qısametrajlı filmlərin nümayişi ilə başlayıb. Seminar məktəb şagirdləri və müəllimlərin iştirakı ilə baş tutub. Çıxış edənlər Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən danışaraq qeyd ediblər ki, bu sənəd uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.