“Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təşkil edilmiş təlimlər başa çatmışdır

20 апреля 2015

Поделиться:

Təlimlər 3 fevral-20 aprel 2015-ci il tarixləri arasında Bakı şəhərinin Sabunçu, Nizami, Nərimanov, Yasamal, Qaradağ, Xəzər, Binəqədi, Xətai, Nəsimi, Səbail, Suraxanı, Pirallahı rayonlarında keçirilmişdir. Təlimlərdə hər bir rayonun məktəblərini təmsil edən 25 məktəbli iştirak etmiş və ümumilikdə 300 məktəbli bu təlimlərdən faydalanmışdır. Təlimlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrılmışdır. Təlimlər Komitə tərəfindən təlimçi olaraq hazırlanmış uşaqlar tərəfindən aparılmışdır.

Təlimlərdə bü gün uşaqlar üçün aktual hesab olunan mövzular ətrafında- uşaq hüquqları və onlar üçün bərabər imkanların yaradılması, təhsil, internet təhlükəsizliyi, ətraf mühit, sağlam həyat tərzi, uşaqların asudə vaxtının səmərəli təşkili mövzularında uşaqların iştirakı ilə qrup müzakirələri təşkil edilmişdir. Həmçinin, təlimlər zamanı uşaq məsələləri ilə bağlı çəkilmiş sosial çarxlar nümayiş edilmiş və müzakirələr aparılmışdır. Təlimlər uşaq hüquqları ilə bağlı məlumatlılığın və ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşması istiqamətində mühüm imkanlar yaradır.Uşaq hüquqları ilə bağlı təlimlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.