8 Mart Beynəlxalq Qadınlar Günü

8 марта 2015

Поделиться:

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzində şənlik tədbirləri təşkil edilmiş, xanımlara hədiyyələr təqdim olunmuşdur.

İsmayıllı UADM rayonun Mərkəzi Xəstəxanasında hazırda diyaliz xidməti keçən qadınları və orada çalışan zərif cinsin nümayəndələrini bayram münasibəti ilə təbrik etmişlər.

Hacıqabul, Saatlı və Goranboy UADM- də keçirilən tədbirdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri, qaçqın və məcburi köçkün və çoxuşaqlı, şəhid anaları, rayonun ziyalı qadınları iştirak etmişdir.

Tədbirdə qadınlara olan dövlət diqqətindən söz açılaraq,  onların ölkənin ictimai- siyasi həyatındakı rolundan söz açılmışdır. Çıxış edənlər xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara uzun ömür, can sağlığı və işlərində müvəffəqiyətlər arzu edilmişdir