Mərkəzlərdə fizioterapiya təlimi keçirilib
Поделиться:
19-21 iyun 2017-ci il tarixlərində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində, 22-24 iyun tarixlərində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində sosial sahədə çalışan mütəxəssislərin peşəkarlığının artırılması məqsədi ilə polşalı mütəxəssis Bobath (NDT), terapist Malqorzata Foryt tərəfindən fizioterapiya təlimi keçirilib.
Təlim zamanı Mərkəz əməkdaşlarına nəzəri biliklərlə yanaşı, həmçinin praktik iş göstərilib. Beləki, Xəzər rayonunda 3 nəfərin ailəsinə səfər edilməklə, ümumilikdə 16 nəfər, Saatlı rayonunda 6 nəfərin ailəsinə səfər edilməklə, ümumilikdə 8 nəfər serebral iflici olan və motor geriliyi olan uşaqların ödənişsiz müayinəsi həyata keçirilib.