Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə «Müstəqilliyin bərpasında qadınların rolu» adlı tədbir keçiriləcək

3 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və  “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə  4 Mart 2017-ci il tarixdə saat 15:00-da Tərtər rayonu Mədəniyyət Mərkəzində Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyinin  bərpasının  25 illiyi və “8 Mart Beynəlxalq Qadınlar Günü”  münasibəti ilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirəcək.

Tədbirdə Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ağdam, Füzuli, Goranboy, Tərtər rayonlarından və Naftalan şəhərindən olan fəal qadınlarla yanaşı, Qarabağ döyüşlərində xidmətləri olan qadınlar, şəhid və aztəminatlı ailələrindən olan qadın nümayəndələr və digər qonaqlar iştirak edəcəkdir.

Tədbir zamanı cəbhə bölgəsində vətənpərvərlik nümunəsi təcəssüm etdirdiyinə görə  bir sıra qadınlar Komitə tərəfindən diplomlar, bayram hədiyyələri və sovqatları ilə təltif ediləcəkdir. Sonda tədbir iştirakçılarına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə bədii proqram təqdim olunacaqdır. Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.