“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələri ilə görüş keçiriləcək

6 марта 2017

Поделиться:

7 mart 2017-ci il tarixində, saat 18:00-da Hökumət Evinin Konfrans Zalında müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək üçün ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən “Salaam Şalom Qardaşlığı” təşkilatının 30 nəfərdən çox nümayəndə nümayəndə heyəti ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin görüşü keçiriləcək.

Tədbirdə, eyni zamanda, millət vəkilləri və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan qadınlar iştirak edəcəkdir.

Tədbirdə multikulturalizm və tolerantlıq, multikultural və ailə dəyərləri, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər müvafiq mövzular ətrafında müzakirələr aparılacaqdır. Eyni zamanda ikitərəfli əməkdaşlığın genişləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi və gələcək layihələr müzakirə olunacaqdır.

Əsas məqsədi anti-semitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri ənənəvi olaraq, xarici ölkələrə etdikləri səfər çərçivəsində 2017-ci ilin 6-15 mart tarixlərində Azərbaycanı ziyarət edirlər.