“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək
Поделиться:
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında məqalə müsabiqəsi təşkil etmişdir.
3 may 2017-ci il tarixində saat 15:00-da Hökumət Evinin Akt Zalında ( I mərtəbə) müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçiriləcəkdir. Dövlət qurumları və qeyri-hökumət təşkilatı nümayəndələrinin, tələbələrin iştirakı ilə keçiləcək tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaqdır.
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.