”ASAN məktub” layihəsini uğurla davam edir

10 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir. Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.

Bu dəfə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin köməkliyi ilə Hacıqabul rayonunda yaşayan, aztəminatlı ailələrdən olan 24 uşağın məktubda yazdığı hədiyyələr “Təmiz şəhər” ASC-nin maliyyə dəstəyi ilə alınaraq, aidiyyatı üzrə öz sahiblərinə təqdim edilmişdir.