Mərdəkan qəsəbəsi 2 saylı İnternat məktəbdə insan alveri ilə bağlı tədbir keçirildi

24 февраля 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.3 bəndinin  icrası istiqamətində dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədilə onlara sosial-psixoloji xidmətlər,  sosial-məsləhət yardımı göstərilməsi ilə bağlı  görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə fevral ayının 24-də Xəzər rayonu Mərdəkan qəsəbəsi 2 saylı İnternat məktəbin yuxarı sinif şagirdləri ilə sorğu keçirilib, yeniyetmələrin fikri öyrənilib, daha sonra maarifləndirmə tədbiri keçirilib.  Tədbiri giriş sözü ilə internat məktəbin direktoru açdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, AQUPDK-nın nümayəndəsinin mövzuya dair təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Xəzər rayonu ərazisində profilaktika məqsədilə mərkəz tərəfindən aparılan işlərdən danışaraq, mərkəzdə həyata keçirilən sosial-psixoloji xidmətlər haqqında məlumat verib. Tədbirdə, ümumilikdə, 60-dan çox şagird iştirak edib.

Sonda iştirakçılara maarifləndirici məlumat vərəqləri paylanılıb.