“Hər şəhidə bir ağac”
Поделиться:
Qəbələ Uşaq və Ailələrə Dəstək mərkəzinin təşkilatçılığı ilə rayon ərazisində yaşayış binalarının qarşısında “hər şəhidə bir ağac” devizi altında ağacəkmə kampaniyası keçirilmişdir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru kampaniya iştirakçılarına 2 aprel 2016-cı il tarixində erməni qəsbkarları ilə müharibədə şəhid olan əskərlər barədə məlumat verərək, əskərlərimizin şücaətindən danışdı. O, keçirilən tədbirin müharibədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd etdi. Bundan sonra şəhər 1 saylı məktəbin könüllülərindən ibarət şagirdlərin ağacəkmə kampaniyasına start verildi və ümumilikdə 70-ə yaxın müxtəlif ağac tingləri basdırılmışdır.