“Ailədaxili zorakılığın gənclərə təsiri” adlı dəyirmi masa
Поделиться:
Aprelin 12-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə “Ailədaxili zorakılığın gənclərə təsiri” adlı dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Zərdab Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru açaraq, iştirakçıları salamladı, mövzu ilə bağlı məlumat verdi.
Daha sonra Mərkəzin əməkdaşı bildirdi ki, məişət zorakılığı törədən şəxslərin əksəriyyəti ya spirtli içki, ya da narkotik aludəçiləridir. Ailədaxili zorakılığa məruz qalanlar isə əsasən qadınlardır. Ailədaxili zorakılığın fəsadları nəinki qadınlara, həm də uşaqlar, yeniyetmə və gənclərə də təsirsiz ötüşmür. Gələcəyimiz olan uşaqların düzgün tərbiyə edilməsi, bir şəxsiyyət kimi formalaşması ailədən başlayır.
Uşaqların iştirakı ilə keçirilən dəyirmi masada mövzu ilə bağlı geniş müzakirələr oldu, uşaqların fikri dinlənildi.