Autizm sahəsində çalışan mütəxəssislər və onların valideynləri üçün təlim keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 14 aprel 2017-ci il tarixində “Autizim aylığı” çərçivəsində Saatlı rayonunda “Birgə və Sağlam” İB ilə birgə autizm sahəsində çalışan mütəxəssislər və onların valideynləri üçün təlim keçirilib.
Təlim zamanı iştirakçılar autizmin səbəbləri, müasir yanaşma qaydaları, ailələrin reablitasiya prosesində iştirakı haqqında məlumat verilib, valideynlərin sualları cavablandırılıb. Bu gün ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işlər haqqında danışılıb, həyata keçirilən sosial layihələr barədə məlumat verilib.
Təlimdən öncə “açıq qapı” keçirilib, 5 nəfər autizimli uşaq konsultasiya edilib, valideynlərinə müvafiq məsləhətlər verilib.