“Sosial işin təşkili” adlı təlim təşkil edilib
Поделиться:
2-3 may 2017-ci il tarixlərində İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.4.1 bəndinin icrası məqsədilə insan alveri probleminin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi üçün sorğuların keçirilməsi və İnsan alveri qurbanları üçün psixoloji və sosial yardımın təmin edilməsi istiqamətində mərkəzlərin psixoloq və sosial işçilərinin, həmçinin icmadan olan aidiyyatı sahədə işləyən işçilərin ixtisasının artırılması məqsədilə Komitə tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sosial işin təşkili” adlı təlim təşkil edilib. Azərbaycan Sosial İş Birliyinin Fulbrayt proqramı çərçivəsində ABŞ səfirliyinin dəstəyi ilə keçirilən təlimdə təlimçi qismində ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru xanım Letisya Villarreal Sosa olub. Təlimdə iştirakçılara sosial işdə tədqiqat metodlarına, insan alveri qurbanları ilə sosial işin təşkilinə dair məlumat verilin.