“Münaqişələr zamanı cinsi zorakılığa son qoyulması” mövzusunda qlobal sammit

15 июня 2014

Поделиться:

London şəhərində “Münaqişələr zamanı cinsi zorakılığa son qoyulması” mövzusunda qlobal sammit keçirilir.  İyunun 10-da başlanan  Sammit  13 iyun 2014-cü il tarixinədək davam edəcəkdir. Beynəlxalq səviyyəli yığıncaqda bir çox ölkələrin nazirləri və məsul şəxsləri iştirak edir. Bu tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində, Azərbaycan qadınlarının zorakılığa məruz qalması faktı əsasında məruzənin dinlənilməsi də  nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq,  sammit çərçivəsində iyunun12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  çıxış etmişdir.

Konfrans zamanı keçirilən sərgidə Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlanıldıqlarından, əzab və işgəncələrə məruz qaldıqlarından bəhs edən , şahid ifadələrini özündə birləşdirən nəşrlər nümayiş olunmuş və sərgi iştirakçılarının marağına səbəb olmuşdur.