“Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı, Ağdam, Göygöl və Goranboy rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 06-10 fevral 2017-ci il tarixlərində “Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş təlimin mövzusu ünsiyyət terapiyasının əsasları və metodologiyası, ünsiyyət terapiyasının praktikada tətbiqi olub. Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik işlə də tanış olublar. Təlimdə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzindən ümumilikdə 15 nəfər mütəxəssis iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.