Fransa Respublikasının paytaxtı Parisdə Ümumdünya Qadın Sammiti keçirilir
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fransa Respublikasının paytaxtı Parisdə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir. 5-7 iyun tarixlərini əhatə Ümumdünya Qadın Sammiti qadınların iqtisadi inkişaf sahəsində mövcud olan praktik strategiyaları və ən yaxşı təcrübəni araşdırmaq məqsədilə keçirilən biznes və hökümət liderlərinin beynəlxalq formudur.24-cü ilini qeyd edən forumun əsas iştirakçılarını biznes, hökümət və vətəndaş cəmiyyətinin nümayəndələri təşkil edir. Sammitdə Fransa Respublikasının Qadın, Gənclər,Şəhər və İdman naziri xanım Najat Vallaud Belkacem,Kosova prezidenti xanım Atifete Jahjaga,Vyetnamın vitse prezidenti xanım Nguyen Thi Doan, Malaziyanın birinci xanımı Datin Paduka Seri Rosmah binti Mansor, Kanadanın Əmək və Qadınların Statusu üzrə naziri xanım Kellie Leitch,İslandiyanın Daxili İşlər naziri xanım Hanna Birna Kristjansdottir,Yeni Zelandiyanın Sosial İnkişaf naziri xanım Tariana Turia, Mərakeş Krallığının Həmrəylik,Qadın, Ailə və Sosial İnkişaf naziri xanım Bassima Hakkaoui və digər ölkə liderləri iştirak edir.
Sammit zamanı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasında qadın sahibkarlğının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailliyətlər mövzusunda çıxış etmişdir.Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı və Sahibkarlığa Kömək Milli Fondunun qadın sahibkarlara ayırdığı maliyyə kreditləri, eləcə Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə keçirlən beynəlxalq konfransların verdiyi müsbət nəticələr barədə statistik məlumatlar qonaqların diqqətinə çatdırılmışdır.
Eyni zamanda komitə sədri Hicran Hüseynova Böyük Britaniyanın Məşğulluq naziri xanım Esther Mcvey, Qadın Məsələləri üzrə naziri xanım Nicky Morgan, Qazaxıstan Respublikasının Qadın və Ailə Məsələləri üzrə Milli Kommisiyasının sədri xanım Mahabbat Bekbosynovaa, Sloveniya Respublikasının Əmək,Ailə,Sosial Məsələlər və Bərabər İmkanlar naziri xanım Anja Mrak, Polşa Respublikasinin Bərabər Imkanlar üzrə Dövlət Katibi xanım Agnieszka Kozlowska – Rajewicz, Mərakeş Krallığının Həmrəylik,Qadın, Ailə və Sosial İnkişaf naziri xanım Bassima Hakkaoui, BƏƏ-in dövlət naziri xanım Maitha Salem Al Shamsi, ÇXR-ın Qadınlar Federasiyasının vitse prezidenti xanım Meng Xiaosi, Vyetnamın vitse prezidenti xanım Nguyen Thi Doan və bir sıra digər ölkə rəsmiləri ilə ikitərfli görüşlər keçirmiş və tərəflər gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparmışdır.