Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Sumqayıt şəhərində növbəti qəbulu keçirilmişdir
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 28 avqust 2014-cü il tarixində, saat 10:45-də Sumqayıt şəhərində (Sumqayıt şəhərinin Tarixi Muzeyi) vətəndaşların qəbulunu keçirilib.Qəbulda Abşeron, Zəngilan, Şuşa və Qubadlı rayonlarının sakinləri iştirak edəcəklər. Qəbulda erkən nikahlar, məişət zorakılığı, qadınlara qarşı zorakılıq, uşaq hüquqlarının müdafiəsi, reabilitasiya, qadınların məşqulluğu və digər məsələlərlə 17 vətəndaşın ərizələr, şikayətlər və müraciətlər qəbul edilmiş. Bəzi ərizəçilərin problemləri yerində həll edilmişdi.
Həmin gün saat 15.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə Sumqayıt şəhərində (Sumqayıt şəhərinin Tarixi Muzeyi) Azərbaycan Respublikasının regionlarında qadınların ictimai-siyasi fəallığının artırılması məqsədi ilə Abşeron,Qubadlı, Şuşa, Zəngilan rayonlarından olan fəal qadınların iştirakı ilə görüş həyata keçirilib. Görüşdə 100-dən çox fəal qadınlar iştirak etmiş.