Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın sentyabrın 9-u Brüsseldə, sentyabrın 11-i Fransada çıxışları gözlənilir
Поделиться:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Belçikanın Qadın Hüquqlarının qorunması dair Beynəlxalq Liqa təşkilatının “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycan strateji imicinə təsiri” adlı layihəsini dəstəkləyir. Layihə çərçivəsində sentyabrın 9-da Brüsseldə Avropa Parlamentində və sentyabrın 11-də Fransa Senatında qadın hüquqlarının qorunmasına dair hazırlanmış hesabatın təqdimatı keçiriləcəkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova adıçəkilən tədbirlərdə çıxış edəcəkdir. Xanım sədr çıxışlarında qadınların hüquqlarının qorunması, məşğulluğun artırılması, qadın siyasətinin inkişafı və digər mövzularda Azərbaycanın müsbət təcrübəsi haqqında çıxış edəcəkdir.