19 sentyabr 2014-cü il tarixində İtaliyanın Roma şəhərində “Qorxudan təhlükəsiz, zorkılıqdan təhlükəsiz” beynəlxalq Konfrans keçirilmişdir
Поделиться:
19 sentyabr 2014-cü il tarixində İtaliyanın Roma şəhərində “Qorxudan təhlükəsiz, zorkılıqdan təhlükəsiz” beynəlxalq Konfrans keçirilmişdir. Konfrans Avropa Şurasının “Məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə və qarşısının alınması“na dair İstanbul Konvensiyasının cari ilin avqustun 1-də qüvvəyə minməsinin qeyd edilməsinə həsr edilmişdi.
Konfransın rəsmi hissəsini İtaliya Senatının prezidenti xanım Laura Boldrini, Avropa Şurasının Baş Katibinin müavini xanım Qabriella Battani-Draqoni, Avropa Şurasının Parlament Assambleyasının Prezidenti xanım Anna Brasso, İtaliyanın Xarici İşlər Nazirliyinin Katibi cənab Benedetto Della Vendova açılış sözləri ilə çıxış etmişlər.
Konfrans zamanı qadınlara qarşı zorakılığının qarşısının alınmasına dair firkirlərin qəyişilməsi, İstanbul Konvensiyası – qadınlara qarşı zorakılıqla mübarizə üzrə “qızıl standart”, yekun və digər sessiyalarda çıxışlar və müzakirələr aparılmışdı.
Azərbaycan Respublikası adından Konfransda professor millət vəkili xanım Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri cənab Elgün Səfərov, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin ikinci katibi cənab Nəsir Məmmədov, Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin III katibi Vüsalə Sadıqova iştirak etmişdilər.
Tədbir çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri cənab Elgün Səfərov çıxış etmişdi. Çıxışda Elgün Səfərov məişət zorakılığının və qadınlara qarşı zorakılığının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının təcrübəsini, Azərbaycana qarşı edilən təcavüz nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlara reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri, gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiəsi və digər sahələr üzrə konfrans iştirakçılarına məlumat çatdırmışdı.
Tədbir çərçivəsində Albaniyanın, İtaliyanın, Andorranın, Türkiyənin, Xorvatiyanın və dogər dövlətlərin nümayəndələri çıxış etdilər. Konfransda qeyri-hökumət təşkilatlarının nümayəndələri, sosial işçilər, jurnalistlər və tanınmış yazıçılar çıxış etdilər. Konfransda İstanbul Konvensiyasına qoşular dövlətlər tərəfindən Nazirlərin Bəyannəməsi qəbul edilmişdi. Tədbirdə konfrans iştirakçılarına qadınlara qarşı zorakılığa həsr edilmiş sosial roliklər nümayiş etdirilmişdi.