Yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzində valideyinlər və uşaqlar üçün maarifləndirici tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Baş Polis İdarəsi tərəfindən Daxili işlər Nazirliyinin yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzində dilənçiliklə məşğul olan ailələrin və uşaqların insan alveri qurbanı olması və küçə həyatına məruz qalmasının qarşısını almaq, uşaqların təhsilinin davam etdirilməsinə dəstək olmaq məqsədi ilə görüş keçirilib.
Tədbirdə dilənçiliklə məşğul olan, küçə həyatına məruz qalan uşaqlar və onların valideynləri, eləcə də risk qrupundan olan uşaqlarla profilaktik söhbətlər aparılıb, dövlət uşaq müəssisəsinə yerləşdirilmiş bir neçə ailənin Ünvanlı Sosial Yardım alması, eləcə də şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün hüquqi məsləhətlər verilib.