Regionlarda qadınlarla görüşlər davam etdirilir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası ilə birgə təşkil etdiyi görüşlər Beyləqan və İmişlidə davam edib.
Qadınların seçkilərdə fəallığının yüksəldilməsi və məlumatlılığının artırılması məqsədilə keçirilən görüşlərdə 83 saylı Beyləqan Seçki Dairəsinin katibi Gülnar Cəfərli, 82 saylı İmişli-Saatlı Seçki Dairəsinin Komissiya sədri Barat Xəlilov və 81 saylı İmişli Seçki Dairəsinin Komissiya sədri Ramil Nəsirov, eyni zamanda Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak ediblər.
Görüşlərdə qadınların ictimai-siyasi həyatda fəallığının önəmindən danışılıb, fevralın 7-də keçiriləcək prezident seçkisində aktiv iştirak etməsinin vacibliyi qeyd edilib. Eləcə də ilk dəfə seçki hüququndan istifadə edənlərə səsvermə proseduru barədə məlumat verilib.