Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Ağsu və Göyçay rayonlarından olan qadın seçicilərlə görüş keçirib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı ilə regionlarda qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş görüşlər davam edir.
Ağsu və Göyçay rayonlarında baş tutan görüşlərdə 32 saylı Ağsu dairə seçki komissiyasının sədri Azad Dursunəliyev, 91 və 92 saylı Göyçay-Ağdaş dairə seçki komissiyalarının sədrləri Eldəniz Həmidov və Nizam Məhərrəmov çıxış edərək ərazi bütövlüyümüzün tam bərpasından sonra baş tutacaq ilk Prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıblar.
Qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıb. O, qadınlarımızın vətəndaş hüquqlarından istifadə edərək seçki prosesinə aktiv şəkildə qoşulmalarının vacibliyini qeyd edib, 7 fevral tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində bütün qadınları fəal olmağa çağırıb.