“Ailə, qadın, uşaq məsələləri mediada” adlı tədbir keçiriləcək

18 июля 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media məkanında faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə vermək məqsədilə müsabiqə elan edilmişdir.

 Müsabiqə cari ilin 1 mart - 1 iyul tarixlərini əhatə etmiş və təqdim edilmiş materiallar münsif heyəti tərəfindən qiymətləndirilmişdir. Qaliblər Milli Mətbuat günü münasibətilə keçiriləcək “Ailə, qadın, uşaq məsələləri mediada” adlı tədbirdə mükafatlandırılacaq.

Tədbir 19 iyul 2023-cü il tarixində, saat 12:00-da “Holday İnn” hotelinin “Ball room” zalında keçiriləcəkdir.