CRC və CEDAW tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu mövzusunda konfrans keçiriləcək
Поделиться:
3 oktyabr 2023-cü il tarixində, saat 09:30-da “JW Marriott Abşeron Bakı” otelinin “Şərq” zalında “Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin (CRC) və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda konfrans keçiriləcək.
Konfransda Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı BMT-nin müvafiq Komitələrinin tövsiyələrinin yerinə yetirilməsində qeyri-hökümət təşkilatlarının əhəmiyyəti, tövsiyələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş tədbirlər barəsində müzakirələr aparılacaq.