“Susma, səsini eşitdir!” layihəsi çərçivəsində növbəti görüş keçirilib

1 декабря 2023

Поделиться:

“Susma, səsini eşitdir!” layihəsi çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhəri 311 nömrəli tam orta məktəbdə görüş keçirilib.

Görüşün əsas məqsədi məktəblilər arasında məişət zorakılığı, erkən nikah və təhsildən yayınma halları və onların fəsadları ətrafında maarifləndirici işlərin genişləndirilməsidir.

Tədbirdə ilk olaraq uşaqların hazırladıqları rəsmlərə baxış keçirilib, uşaqların iştirakı ilə təşkil edilmiş bədii hissə nümayiş etdirilib, daha sonra aidiyyatı qurumların nümayəndələri mövzu ətrafında çıxışları dinlənilib.

Sonda tədbir zamanı fəallığı ilə seçilən uşaqlar təltif edilib və xatirə şəkli çəkilib.