“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası” keçirilib

8 декабря 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində tədbirlər həyata keçirib.  

“Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı altında cəmiyyətin diqqətini qadınlara və qızlara qarşı zorakılıq probleminə çəkmək məqsədi ilə keçirilən maarifləndirmə tədbirləri Qadın Resurs Mərkəzlərinin yerləşdiyi 6 rayonda (Xəzər, Biləsuvar, Masallı, Bərdə, Sabirabad, Sumqayıt şəhəri)  təşkil edilib.

Tədbirlər zamanı hüquqşünas və psixoloqlar tərəfindən gender əsaslı zorakılıq, müdafiə orderinin proseduru, aliment qərarlarının icrası və gender əsaslı zorakılıq qurbanları üçün mövcud olan hüquqi və psixoloji vasitələr barədə təqdimatlar edilib və tədbir iştirakçıları ilə müzakirələr aparılıb.