Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar regionlarda tədbirlər keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə 3 Dekabr-Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar mərkəzlərdə əyləncəli tədbirlər, stolüstü idman yarışları keçirilib, ailə səfərləri təşkil edilib.
Görüşlərdə əlilliyi olan uşaqlar, gənclər və onların valideynləri iştirak edib, onlara hədiyyələr təqdim edilib.